Menu
Sizin səbətiniz

Haqqımızda

  

Haqqımızda

Heybə — Azərbaycanın cənnət guşələri olan İsmayıllı–Şamaxı bölgəsindən və göz bəbəyimiz Qarabağdan toplanan arıçılıq məhsullarının, həmçinin yerli və xarici çayların istehsalı və satışını həyata keçirən Azərbaycan brendidir.Arılarımız qışlama dövrünü Ağsu rayonunda keçirir. Mövsümün növbəti mərhələlərində isə onlar Şamaxı, İsmayıllı, Kəlbəcər və Laçın rayonlarına köçürülür. Bu bölgələrin zəngin dağ və çəmən florası ilə qidalanan arılar müxtəlif bitkilərdən nektar toplayaraq təmiz, təbii və özünəməxsus dad xüsusiyyətlərinə malik bal əldə etməyimizə imkan yaradır.Məhsullarımızın təbiiliyini qorumaq, yığım, emal və qablaşdırma proseslərində gigiyena və keyfiyyət standartlarına ciddi riayət etmək Heybə-nin əsas prinsiplərindəndir.Müxtəlif növ və dadlarda təqdim etdiyimiz çaylar isə Çin, Hindistan, Yaponiya, Keniya və Vyetnam kimi dünyanın tanınmış çayçılıq ölkələrindən seçilərək gətirilir və saxlama standartlarına uyğun şəraitdə Azərbaycanda qablaşdırılır.Heybə olaraq məqsədimiz təbiətin saf dadını, keyfiyyətli məhsulu və etibarlı mənşəni bir brend altında istehlakçılara təqdim etməkdir.