Menu
Sizin səbətiniz

Məxfilik siyasəti

  1. ANLAYIŞLARIN MüƏYYƏN EDiLMƏSİ:
    • 1.1. Saytın administrasiyası (bundan sonra “administrasiya”) "Heybə" tərəfindən təyin edilmiş və saytın idarə olunmasında iştirak edən tamhüquqlu şəxs və ya şəxslər. Administrasiya fərdi məlumatların emala ehtiyac duyulan tərkibin müəyyən edilməsini, emalını təşkil edir və ya həyata keçirir.
    • 1.2. “Fərdi məlumatlar” “Fərdi məlumatlar” dedikdə müəyyən fiziki şəxsə (fərdi məlumatların subyektinə) bilavasitə və ya bilvasitə aidiyyəti olan istənilən informasiya nəzərdə tutulur.
    • 1.3. “Fərdi məlumatların emalı” Avtomatlaşdırma vasitələrinin istifadəsi və ya bu vasitələrin istifadəsi olmadan fərdi məlumatların, o cümlədən yazı, yığım, sistemləşdirmə, toplama, saxlama, dəqiqləşdirmə (yeniləmə, dəyişmə), çıxartma, istifadə, ötürmə (yaymaq, təqdim etmək), bloklama, silmək, fərdi məlumatların ləğv edilməsi kimi fərdi məlumatlarla aparılan istənilən əməliyyat və ya hərəkətlər məcmuu.
    • 1.4. “Fərdi məlumatların məxfiliyi” Fərdi məlumatlar subyektinin icazəsi olmadan Fərdi məlumatlara çıxışı olan Operator və ya bu səlahiyyətə malik olan digər şəxslər tərəfindən bu məlumatların yayılmamasına əməl etmə şərtləridir. “Fərdi məlumatların məxfiliyi” müvafiq qanunvericilik aktları ilə də tənzimlənir.
    • 1.5. “Saytın istifadəçisi (bundan sonra “istifadəçi”) İnternet şəbəkəsi vasitəsilə Sayta giriş etmiş şəxslər.
    • 1.6. “IP-ünvan” Kompüter şəbəkəsində qovşaqların unikal şəbəkə ünvanı
  2. üMUMİ MüDDƏALAR:
    • 2.1. İstifadəçinin bu resursdan istifadə etməsi Məxfilik siyasəti və fərdi məlumatların əldə edilməsi şərtləri ilə razılaşması anlamına gəlir.
    • 2.2. Saytın Məxfilik siyasəti ilə razı olmadıqda istifadəçi saytdan istifadəni dayandırmalıdır.
    • 2.3. Bu məxfilik siyasəti yalnız www.heybe.az  saytına şamil edilir və bu sayt vasitəsilə üçüncü şəxslərin saytlarına keçid edərkən həmin saytlarla bağlı yaranan problemlərlə bağlı cavabdehlik daşımayır.
    • 2.4. Saytın Administrasiyası qanunda göstərilən hallar istisna olunmaqla saytın istifadəçilərinə aid olan məlumatların düzgünlüyünü yoxlamayır.
  3. MƏXFiLiK SiYASƏTiNiN PREDMETi:
    • 3.1. Hazırki Məxfilik siyasətinə uyğun olaraq emal olunmasına icazə verilən və istifadəçi tərəfindən saytda qeydiyyatdan keçərkən doldurduğu formalarda göstərilən fərdi məlumatlar:
      • 3.1.1. İstifadəçinin adı, soyadı və atasının adı;
      • 3.1.2. İstifadəçinin əlaqə nömrələri;
      • 3.1.3. Elektron əlaqə ünvanı (e-mail);
    • 3.2. Sistemin statistik skripti olduğu halda saytın səhifələrinə giriş etdikdə ötürülən avtomatik informasiyalar sayt tərəfindən qorunur. Bu informasiyalara aşağıdakılar aiddir:
      • IP ünvan;
      • Cookies fayllar
      • Brauzer haqqında məlumat;
      • Giriş müddəti;
      • 3.2.1. Qeyd edək ki, cookies faylların qarşısının alınması qeydiyyat zamanı saytın bir-sıra hissələrinə girişi məhdudlaşdıra bilər.
    • 3.3. Sayt öz istifadəçilərinin IP ünvanları barədə statistik araşdırmalar apara bilər. Bu məlumatlar müəyyən texniki məsələlərin müəyyən edilməsi və həlli məqsədi ilə, həmçinin maliyyə ödəmələri aparılarkən əməliyyatın qanuniliyinin təmin edilməsi məqsədilə istifadə edilə bilər.
    • 3.4. Hazırki Məxfilik siyasətinin bəndlərində göstərilməyən hallarda meydana çıxan istənilən digər fərdi məlumatlar administrasiya tərəfindən etibarlı qorunur və bu məlumatların yayılmasına imkan verilməyir.
  4. İSTİFADƏçİYƏ AİD FƏRDİ MƏLUMATLARIN TOPLANMASI MƏQSƏDİ
    • 4.1. Saytın administrasiyası İstifadəçinin fərdi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edir:
      • 4.1.1. İstifadəçinin saytın müvafiq resurslarına girişini təmin etmək
      • 4.1.2. İstifadəçidən gələn və ya istifadəçiyə sayt tərəfindən təqdim olunan sorğuların, bildirişlərin ikitərəfli qaydada əks əlaqəsini təmin etmək
      • 4.1.3. İstifadəçilərin təhlükəsizliyini təmin etmək və dələduzluğun qarşısını almaq məqsədi ilə istifadəçinin yerini müəyyən etmək
      • 4.1.4. İstifadəçinin təqdim etdiyi fərdi məlumatların dolğunluğunu və həqiqətəuyğunluğunu təsdiq etmək
      • 4.1.5. İstifadəçinin razılıq verdiyi təqdirdə müəyyən əməliyyatlar üçün (misal üçün onlayn ödəmələr və s.) şəxsi hesabın yaradılması
      • 4.1.6. İstifadəçinin saytın istifadəsi ilə bağlı problemləri yarandığı halda istifadəçiyə səmərəli müştəri xidmət və texniki dəstək göstərmək
      • 4.1.7. İstifadəçi razılıq verdiyi halda Sayt tərəfindən ona yenilənmələr, xəbərlər, təkliflərlə bağlı məlumatlar göndərmək
  5. FƏRDİ MƏLUMATLARIN EMALI MüDDƏTİ VƏ üSULLARI
    • 5.1. İstifadəçinin fərdi məlumatlarının emal olunması, mövcud qanunvericiliyin imkan verdiyi istənilən qaydada, o cümlədən məlumatların avtomatlaşdırılmış emalı və ya qeyri üsullarla fərdi məlumatlar sistemində qeyri-məhdud zaman daxilində həyata keçirilir.
    • 5.2. İstifadəçinin fərdi məlumatları Azərbaycan Respublikasının Dövlət Hakimiyyəti səlahiyyətli orqanlarına əsaslandırılmış və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təqdim edilə bilər.
    • 5.3. İstifadəçinin fərdi məlumatları itdiyi halda və ya bu məlumatların istifadəsi ilə bağlı ikitərəfli razılaşmanın pozulduğu halda Saytın administrasiyası İstifadəçiyə bununla bağlı məlumat göndərir.
    • 5.4. Saytın administrasiyası İstifadəçinin fərdi məlumatlarının üçüncü şəxslərin qeyri-qanuni və ya təsadüfi girişlərindən, ləğvetməsindən, dəyişdirmələrindən, bloklamalarından, surətinin çıxarılmasından, yayılmasından, həmçinin digər qeyri-qanuni əməllərindən müdafiə etmək üçün təşkilati və texniki üsullardan sitifadə edir.
  6. TƏRƏFLƏRİN öHDƏLİYİ
    • 6.1. İstifadəçinin öhdəliyi aşağıdakılardan ibarətdir:
      • 6.1.1. Saytdan istifadə etmək üçün vacib olan fərdi məlumatları təqdim etməlidir.
      • 6.1.2. Fərdi məlumatlar dəyişdiyi halda istifadəçi saytan istifadə etmək üçün vacib olan fərdi məlumatları yeniləməli, müvafiq əlavələr etməlidir.
    • 6.2. Administrasiyanın öhdəliyi aşağıdakılardan ibarətdir:
      • 6.2.1. Əldə olunan informasiyanı yalnız Məxfilik siyasəti haqqında hazırki qaydaların 4-cü bölməsində göstərilən məqsədlər üçün istifadə etməli.
      • 6.2.2. İstifadəçinin yazılı razılığı olmadan ona məxsus məxfi məlumatları üçüncü şəxslər arasında yaymamaq, həmçinin satmamaq, mübadilə etməmək, dərc etməmək.
      • 6.2.3. Hazırki qaydalara və müvafiq qanunvericiliyə uyğun olaraq İstifadəçinin fərdi məlumatlarının qəbul olunmuş üsullarla məxfiliyinin qorunması ilə bağlı tədbirlər görmək.
      • 6.2.4. İstifadəçinin fərdi məlumatları ilə bağlı yanlış məlumat və ya qeyri-qanuni əməllər müəyyən olunarsa İstifadəçinin və ya onun qanuni nümayəndəsinin müraciətinə əsasən fərdi məlumatların bloklanmasını həyata keçirtmək.
  7. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
    • 7.1. İstifadəçinin fərdi məlumatlarından istifadə edərkən qeyri-qanuni əməllər nəticəsində ona dəyən zərərə görə sayt administrasiyası Məxfilik siyasəti ilə bağlı hazırki qaydaların 5.2., 5.3., 7.2. bəndləri istisna olunmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
    • 7.2. Məxfi məlumatlar itdiyi və ya yayıldığı halda saytın administrasiyası aşağıdakı hallarda buna görə məsuliyyət daşımayır:
      • 7.2.1. Məxfi məlumatların itdiyi və ya yayıldığı vaxta qədər əgər bu məlumatlar ictimailəşibsə
      • 7.2.2. Saytın administrasiyası fərdi məlumatları əldə etdiyi vaxta qədər bu məlumatlar üçüncü şəxslərdən alınıbsa
      • 7.2.3. İstifadəçi özü buna razılıq veribsə
  8. MüBAHİSƏLƏRİN HƏLLİ
    • 8.1. Saytın istifadəçisi ilə Saytın administrasiyası arasındakı münasibətlərlə bağlı mübahisə yarandığı təqdirdə İstifadəçi bununla bağlı məhkəməyə müraciət etməzdən əvvəl öz iddiasını yazılı şəkildə bildirməli və mübahisənin könüllü həll olunmasına şərait yaratmalıdır.
    • 8.2. İddianı qəbul edən şəxs iddianı aldığı gündən etibarən 30 iş günü müddətində iddiaçıya onun iddiası ilə bağlı işə baxılmasının nəticələri haqqında məlumat təqdim etməlidir.
    • 8.3. Mübahisə nəticəsində tərəflər razılığa gəlmədiyi halda mübahisənin həlli Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məhkəmə orqanlarına təqdim ediləcəkdir.
    • 8.4. Məxfilik siyasəti ilə bağlı hazırki qaydalar və İstifadəçi ilə Administrasiya arasındakı münasibətlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən tənzimlənir.
  9. ƏLAVƏ ŞƏRTLƏR
    • 9.1. Saytın administrasiyası İstifadəçinin razılığı olmadan Məxfilik siyasəti ilə bağlı qaydalarda dəyişikliklər edə bilər.
    • 9.2. Məxfilik siyasəti ilə bağlı yeni qaydalar əgər bu qaydalarda başqa hallar nəzərdə tutulmayıbsa saytda dərc olunduğu vaxtdan qüvvəyə minir.
    • 9.3. Məxfilik siyasəti ilə bağlı bütün təkliflər və suallar bu ünvana göndərilə bilər (E-mail)