Saxta bal adi şəkər tozundan bişirilmiş qatı şərbətdir.
Təbii ki burada bitki nektarından istifadə edilmir və bu da orqanizm üçün
olduqca zərərlidir. Daimi istifadəsi zamanı insanda şəkər xəstəliyinə yol aça
bilir. Bu səbəbdən də biz saxta balı, saf baldan ayırmağın müəyyən üsulları ilə
tanış olacağıq:
·
Qoxu vasitəsilə
Keyfiyyətli balın qoxusu burunu
qıcıqlandırmadığı halda saxta balın qoxusu müəyyən qıcıqlandırıcı təsir
bağışlayır. Bu da tərkibindəki sintetik esens ətirlərindən irəli gəlir.
·
Qaynar su vasitəsilə
Bir qaşıq balı stəkana əlavə edir və üzərinə
qaynar su tökürük. Keyfiyyətli bal tez dağılmır və suya tez bir zamanda
qarışmır. Saxta bal isə əksinə olaraq suda həll olmağa və qarışmağa başlayır.
·
Qaşıq vasitəsilə
Balı qaşıqla götürəndə də ikisi arasındakı fərqi
açıq-aydın görmək olar. Bu zaman nazik tellərin dartılaraq qırılması onun
keyfiyyətsizliyinin əlamətidir. Saxta bal dartılanda havada hörümçək toru kimi
uçur. Saf bal isə davamsız olaraq qırılmadan axır.
·
Şərbət vasitəsilə
Təbii balla şərbət hazırlananda bulanıqlıq
verir, saxta bal isə şəffaf olur.
·
Baş barmaq vasitəsilə
Baş barmağınıza bir damcı bal qoyun. Əgər
yayılırsa və ya tökülürsə, o, təbii bal deyildir. Saf bal qalın teksturalıdır və
baş barmağınızda toxunulmaz qalacaqdır.
·
Köpük testi
Balın üzərinə 2-3 damcı sirkə əlavə edin və
yaxşı qarışdırın. Əgər 2-3 dəqiqə ərzində köpüklənirsə, deməli bu saxta baldır.
·
İstilik testi
Bal təmizdirsə, qızdırıldıqda karamelizə olur.
Bununla belə, saxta bal isitmə zamanı qabarcıqlar əmələ gətirir və karamelləşmir.
·
Çörək testi
Təmiz bal çörəyin üzərinə çəkildikdə bir neçə
dəqiqə ərzində çörəyi bərkidir. Digər tərəfdən də əgər balın tərkibində başqa əlavələr
varsa, çörək dilimi yumşaq və nəmlənmiş qalır.
Eyni zamanda əgər bal uzun müddət qalıb və
xarlanmayıbsa deməli saxta baldır.
Bütün bunlarla yanaşı nəticə olaraq qeyd edək
ki, əsl bal fabriklərdə deyil, arılardan alınır. Adətən üzvi və təbii bala təmiz
bal deyilir. Təbii bal yalnız bal arıları tərəfindən hazırlanır və bu arılar
yalnız üzvi şəkildə yetişdirilən çiçəklərlə bəsləndikdə istehsal etdikləri bal
üzvi bal kimi təsnif olunur.
Saxta balın tərkibinə nəzər salaq:
1.
Qarğıdalı siropu
2.
Qlükoza
3.
Bəkməz
4.
Şəkər siropu
5.
Dekstroza
6.
İnvert şəkər
7.
Un və ya nişasta və s.
Şərh yaz