Maça incə toz halına salınmış quru çay
yarpaqlarından hazırlanan Yapon yaşıl çay tozudur. Biraz acı, bitki mənşəli
dadı və yarpaqlarda yüksək xlorofil səviyyəsinin nəticəsi olan canlı yaşıl rəngə
malikdir. Tərkibindəki antioksidantlar qan təyziqini aşağı sala bilər, ürək xəstəliyi
riskini azalda və hətta maddələr mübadiləsini gücləndirə bilər. Eyni zamanda
matcha çayı yaşıl çaydan daha çox kofein ehtiva edir. Maça çayının dəmləmə
qaydasıyla tanış olaq:
Ø
Maçanı əvvəlcə süzmək və sonra
topaqlar qalmayacaq şəkildə çırpmaq lazımdır. Ənənəvi olaraq, bambuk çırpmadan
istifadə olunur, lakin adi dəmir çırpmadan da istifadə etmək olar.
Onu da qeyd etmək lazımdır ki, matcha,
üyüdülmüş çay yarpaqlarından hazırlanmış tozun 2 əsas növü vardır. Maça çayının
bir növü olan mərasim ən yüksək keyfiyyətdə olanıdır. Çünki mövsümün ilk məhsulundan
istehsal olunur. Yarpaqlar gənc olduğu üçün daha çox xlorofil ehtiva edir və
buna görə də canlı rənglərə malikdirlər. Gövdələr və damarlar üyüdülmə
prosesindən əvvəl çıxarıldığı üçün daha şirin dad və və daha incə tekstura əldə
edilir. Mərasim maça çayı tək başına istifadə üçün nəzərdə tutulub.
İkinci maça növü mövsümün sonunda yığılan
kulinariya dərəcəsidir.
Bu yarpaqlar daha çox günəş işığına məruz qaldığı üçün dadı daha tünd və nisbətən acıdır. Onlar digər maça yarpaqlarından daha tez üyüdülür, torpaq kimi və acı olan toz əldə edirlər. Bununla da onun ləzzətini ahəngləşdirmək üçün digər maddələrlə qarışdırılaraq qəbul edilir. Kulinariya dərəcəli maça tozunun bir neçə alt dəsti də vardır. Bunlardan biri latte`dir. Bu standart kulinariya növündən biraz daha az acıdır. Tərif hamar, qaymaqlı maça latteləri üçün daha uyğundur. Təbii ki istəyə görə lattenin hazırlanması zamanı mərasim səviyyəsindən də istifadə oluna bilər. Lattenin kifayət qədər köpüklənməsi üçün istifadə edəcəyiniz süd də müəyyən önəm daşıyır. Çünki bütün südlər eyni dərəcədə köpüklənmir.
Hazırlanma qaydası:
Ø
½ çay qaşığı matcha tozu
Ø
1 yemək qaşığı isti su
Ø
2 çay qaşığı bal
Ø
¾ su bardağı isti süd
Maça çayından sağlam çəkiyə sahib olmaq üçün də
istifadə etmək olar. O maddələr mübadiləsini sürətləndirməklə yağ yandırma
qabiliyyətini artıra və nəticədə arıqlamağa səbəb ola bilər. Tədqiqatlara əsasən
onu deyə bilərik ki, orta səviyyəli məşq zamanı yaşıl çay ekstraktı içmək yağ
yandırılmasını 17% artırır. Dəriyə faydalı olan antioksidantlarla zəngin olduğu
üçün onu ultrabənövşəyi şüalardan qoruyaraq incə xətt və qırışların görünüşünü
azaltmağa kömək edir. Belə ki mütəmadi olaraq maça çayı içmək dərinizi iltihab,
çirk və şüalardan qorumaqla yanaşı hüceyrə yenilənməsini və kollagen
istehsalını artır. O ürək, qaraciyər və beynin iş sisteminə də müsbət təsir
göstərir.
Maça çayının faydaları ilə yanaşı bir sıra mənfi
xüsusiyyətləri də vardır ki, bunlar sadəcə yalnış istifadə zamanı ortaya çıxa
bilər. Yuxarıda da qeyd etdiyimiz kimi tərkibindəki kofein miqdarı olduqca yüksəkdir.
Bu da kofeinə qarşı həssaslığı olan insanlar üçün bir qədər ehtiyatlı olmağı tələb
edir. Gün ərzində 1-2 stəkan maça çayı qəbul etmək daha doğru sayılır ki, bu
zaman əlavə əks təsirlər də sizi narahat etməyəcək.
400 mq-dan artıq kofein qəbulunun aşağıdakı əks
təsirləri var.
·
Yuxusuzluq
·
Narahatlıq
·
Sürətli ürək döyüntüsü
·
Ürəkbulanma
·
Baş ağrısı
·
Disforiya
·
Qarın ağrısı
Şərh yaz